XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

15 Fevral 2017 - 21:17

ABŞ səfiri Cocuq Mərcanlı səfərindən niyə imtina edib? –Politoloqdan etiraz

sekuta esas

"Azərbaycan prezidentinin məskunlaşdırmağa qərar verdiyi Cocuq Mərcanlı kəndinə əvvəlcə xarici jurnalistlərin, bu gün isə xarici ölkə səfirliklərinin nümayəndələrinin səfərinin təşkili yaxşı ideya idi. Xarici jurnalistlər və diplomatlar öz gözləri ilə gördülər ki, erməni separatçıları Cocuq Mərcanlının timsalında Azərbaycan kəndini necə dağıdıblar, ərazidə salamat heç nə qoymayıblar".

Strateq.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O, ABŞ səfiri Robert Sekutanın Cocuq Mərcanlıya niyə getməməsinin də maraq doğurduğunu deyib:

"Onun bu səfərdən niyə imtina etməsinin səbəbini bilmək maraqlı olardı. Yaxşı, tutaq ki, özün getmirsən, səfirlikdə çalışan onlarla diplomatdan birini də görmək mümkün deyildi? Sekuta iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək addım atmamalıydı". 

Xatırladaq ki, digər iki həmsədr ölkənin – Rusiya və Fransanın Azərbaycandakı səfirləri Cocuq Mərcanlıda olublar. 

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Cocuq Mərcanlıdakı təəssüratını belə bölüşüb: "Bu, təbii ki, bir daha o mesajı verir ki, biz münaqişənin həlli ilə daha ciddi məşğul olmalıyıq”.

Yeri gəlmişkən, Bolqarıstanın Azərbaycandakı səfiri Mariya Xristova. Bolqar diplomat deyib ki, "Biz Azərbaycana hər şeyin ən yaxşısını diləyirik və arzu edirik ki, bu yerlərdə bir neçə il sonra daha çox insan yaşasın, uşaq bağçaları olsun. Ölkə prezidenti də bu barədə tədbirlər planı müəyyən edib. Bizi bunun effektinə inanırıq. Təşəkkür edirəm ki, bizi buraya gətiriblər”.

Strateq.az