XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 Fevral 2017 - 20:17

Gerasimovla Danford nələri müzakirə edib? –Rusiya Bakıdakı görüşün detallarını açıqladı

gerasimov-cozefff

Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Cozef Danfordla görüşü barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, görüşdə tərəflər Rusiya-ABŞ münasibətlərinin hazırkı vəziyyətini, Avropa, Yaxın Şərq, Şimali Afrika və digər regionlarda beynəlxalq təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.

Söhbət zamanı hərbi fəaliyyətin təhlükəsizliyinin artırılması ilə bağlı birgə işin, habelə gərginlik və insident risklərinin azaldılmasının istiqamətləri müəyyən edilib.

Görüşdə təmasların davamı barədə razılıq əldə olunub.