XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 February 2017 - 11:52

“800 məhkum bağışlanmaq üçün müraciət edib” –Rəşad Məciddən əfv anonsu

resad-mecid

"Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirildi. İclasda məlumat verildi ki, Komissiyaya 800-dən artıq müraciət daxil olub".

Bunu jurnalistlərə açıqlamasında Komissiyanın üzvü Rəşad Məcid deyib.

Onun sözlərinə görə, dünənki iclasda 150 müraciətə baxılıb.

"Baxılan müraciətlərin yarısına müsbət rəy verilib. Bu gün də Komissiyanın iclası davam edəcək. Yaxın həftələrdə bütün müraciətlərə baxılacaq. Güman edirik ki, Prezident İlham Əliyev Novruz bayramı ərəfəsində əfv fərmanı imzalayacaq", – deyə R.Məcid bildirib. /"Report"