Hər gün, ən azı, iki təyyarə qiyamçılara silah gətirir
Yəmən hökuməti qiyamçı husilərin silahla təchiz edilməsi şübhəsinə görə, İrandan gələn təyyarələrə uçuş yolunu bağlayıb.
Strateq.az xarici KİV-ə əsasən xəbər verir ki, ölkənin xarici işlər naziri Riyad Yasin Ərəb Liqası Dövlətləri sammitinin keçirildiyi Şarm-əl-Şeyxdə jurnalistlərə deyib: “Koalisiyanın həyata keçirdiyi hərbi əməliyyat çərçivəsində İrandan gələn hava marşrutları bağlanıb”.
O qeyd edib ki, “Hər gün, ən azı, iki təyyarə qiyamçılara silah gətirir”.
Son zamanlar Yəməndə durum xeyli pisləşib. Bu arada Səudiyyə kralı Salman ibn-Əbdüləziz əl-Səud bildirib ki, ölkədə durum yaxşılaşana qədər, hərbi müdaxilə davam edəcək.