XƏBƏR LENTİ

31 Oktyabr 2020

Digər Xəbərlər

19 Fevral 2017 - 16:56

Sabiq səfir:"İsrail Azərbaycana "Dəmir Qübbə" söz versə də, sövdələşmə hələ baş tutmayıb"

trend_mohsun_pakayin_170913_main

"Rəsmi Bakı və Təl-Əviv rejimi arasında strateji münasibətlər mümkün deyil".

Strateq.az "Tasnim News"a istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin bildirib.

Möhsün Pakayin deyib: "İsrail rejiminin siyasətindən Azərbaycan xalqı, hətta yəhudilər arasında böyük narazılıq var… Heç bir müsəlman ölkəsi, o cümlədən Azərbaycan Respublikası İsraillə strateji münasibətlər qurmayacaq. Azərbaycan xalqı müsəlman-şiədir, İslam və müsəlmanların qəddar düşməninə təbii ikrah hissi bəsləyir".

O, əlavə edib ki, "hətta Azərbaycan yəhudiləri də İsrail siyasətindən narazıdırlar və işğal olunmuş Fələstinə mühacirətdən sonra yenidən evlərinə qayıdıblar".

İsrail və rəsmi Bakı əlaqələrinə gəlincə, M.Pakayin qeyd edib ki, "Ermənistana qarşı və mübahisəli Dağlıq Qarabağ bölgəsinə nəzarət etmək üçün Azərbaycanın İsraildən silah satın almasına öz baxışı var".

Sabiq səfir bildirib ki, Bakıda olarkən Azərbaycan rəsmiləri özəl görüşlərdə İsrail ilə silah sövdələşmələrindən narazılıqlarını bildiriblər:"Azərbaycanlılar hədsiz xərclərlə əldə edilmiş köhnəlmiş İsrail silahlarından şikayət edirdilər".

M.Pakayin deyib ki, İsrail baş naziri Bakıya son səfərində Azərbaycanı "Dəmir Qübbə" hava hücumundan müdafiə sistemi ilə təmin etməyə söz verib, lakin bu sövdələşmə hələ də baş tutmayıb.