XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

20 Fevral 2017 - 21:29

Şəxsin məsuliyyətə cəlb edilməsi üçün kifayət edən narkotiklərin miqdarı ilə bağlı dəyişiklik –Cəza + Cədvəl

narko polis

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında yeni Qanunu təsdiq edib.

Strateq.az xəbər verir ki, Milli Məclisiin qəbul etdiyi, Prezidentin isə bu gün təsdiq elədiyi yeni qanuna əsasən, aşağıdakı dəyişikliklər həyata keçiriləcək: 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2, I kitab, maddə 202, № 3, maddələr 397, 403, 429, № 4, maddələr 631, 647, 654, № 5, maddələr 835, 846, № 6, maddələr 997, 1010, № 7, maddələr 1247, 1249, № 9, maddə 1559, № 10, maddə 1608; № 11, maddələr 1769, 1774, 1781, 1783, 1786, 1788; Azərbaycan Respublikasının 2016-cı il 28 oktyabr tarixli 366-VQD nömrəli, 11 noyabr tarixli 387-VQD nömrəli, 396-VQD nömrəli, 29 noyabr tarixli 429-VQD nömrəli və 16 dekabr tarixli 457-VQD nömrəli qanunları) 208-ci maddəsi aşağıdakı redaksiyada verilsin:

"Maddə 208. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyası

Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin az miqdarda kultivasiyasına (əkilməsinə, yetişdirilməsinə və ya onların (onların hissələrinin) toplanılmasına) görə – iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir.

Qeyd: Bu maddədə "az miqdarda” dedikdə, tərkibində narkotik maddələr olan bitkilərin müvafiq qanunla müəyyən edilmiş xeyli miqdarından aşağı miqdar başa düşülür.”.

****

Azərbaycan prezidenti İlham Əliyev 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun imzalayıb.

Strateq.az xəbər verir ki, "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın "III SİYAHI Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” fəsli aşağıdakı redaksiyada verilib:

"III SİYAHI – Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər

Bitkilərin adı

Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı

xeyli miqdar

külli miqdar

(daxil olmaqla aşağı hədləri)

Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər:

1. tiryək xaşxaşı, yağlı xaşxaşın digər növləri

 

2. çətənə növlü bitkilər

 

 

  2-10 ədəd

 

3-15 ədəd

 

 

 

 11 ədəd

 

16 ədəd

 

Yetişdirmək məqsədilə qanunsuz becərilməsi təşkil edilmiş, çoxillik xaşxaşın və yabanı bitmiş çətənənin kol-kosları

 

3-50 ədəd

 

 51 ədəd

Azərbaycan Respublikasının ərazisində iqlim şəraitinə görə bitməyən və kultivasiyası qadağan olunan bitkilər:

1. kokain kolu

 2. kat

 

 

  1 ədəd 

    2ədəd

 

 

 2 ədəd

3 ədəd