XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 Fevral 2017 - 12:50

Roma Papasının nümayəndəsi:“Xocalıda soyqırımı törədilib, Böyük Yaradan mütləq onların cəzasını verəcək”

Roma Papasi

Roma Papasının Bakıdakı nümayəndəsi Vladimir Fekete Xocalı soyqırımının bəşəriyyətə qarşı ən böyük ədalətsizlik adlandırıb.

Qafqaz Müsəlmanları İdarəsində bu gün keçirilən “Xocalı soyqırımı xalqın qan yaddaşıdır!!! “Xocalıya ədalət!”” adlı tədbirdə V. Fekete bildirib ki, Xocalıda insanlar soyqırımına məruz qalıb və o, həmişə həmin qurbanlar üçün duasını əsirgəməyəcək.

O qeyd edib ki, Xocalıda insanlığa qarşı cinayət törətməklə günah və ədalətsizlik işlədənlər cəzasız qalmayacaq: “Böyük Yaradan mütləq onların cəzasını verəcək. Mən Xocalıda törədilən soyqırımına, ədalətsizliyə məruz qalan azərbaycanlılar üçün duamı heç vaxt əsirgəməyəcəyəm”.

APA