XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

21 Fevral 2017 - 17:55

Rusiyanın QHT fəalı Ermənistan-Azərbaycan Sülh Platformasına qoşuldu –Bəyanat

platforma

Rusiyanın “Qafqaz Mədəniyyəti Akademiyası” İctimai Birliyinin vitse-prezidenti İsayev Tauz Sultanoviç Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub.

Ermənistan-Azərbaycan Sülh Platformasının mətbuat xidmətindən Strateq.az-a daxil olan məlumata görə, o, bununla bağlı bəyanat imzalayıb.

Bəyanatda deyilir:

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qəbul edirəm. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha qeyd edirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, ATƏT Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq bu fəaliyyətə dəstəyimi bildirirəm.

Erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşdığına görə dərin təəssüf hissi keçirirəm. Xalqların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyirəm. Hər bir münaqişə sülh yolu ilə həll olunmalıdır.

Bu səbəbdən, “Qafqaz Mədəniyyəti Akademiyası” İctimai Birliyinin adından Ermənistan Azərbaycan Sülh Platformasına qoşulduğumuzu elan edirəm”.