XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

21 Fevral 2017 - 18:08

Rus nazirdən Brtitaniyalı həmkarına sərt cavab:"Gerbinizdə aslan var, bütün aslanlar pişikdir..."

soyqu

"Britaniya zooparklarında elə bir heyvan yetişməyib ki, ayıya göstəriş verə bilsin".

Bunu II Ümumrusiya Gənclər Forumunda çıxışı zamanı Rusiya Müdafiə naziri Sergey Şoyqu söyləyib.

"Onların gerbində, deyəsən, aslan var. Belə bir məsəl var ki, bütün şirlər pişikdirlər, amma bütün pişiklər şir deyil. Qoy hər kəs öz işi ilə məşğul olsun. Britaniya zooparklarında elə bir heyvan yetişməyib ki, ayıya göstəriş verə bilsin”, – Şoyqu bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Britaniya Müdafiə naziri Maykl Fellon Rusiyanın Liviya ilə əlaqələrinin Londonu razı salmadığını bildirib. Rusiyaya müraciət edən Fellon "Biz istəmirik ki, ayı ora öz pəncələrini uzatsın” deyib.

Axar.az