XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

25 Fevral 2017 - 18:18

Rusiya Müdafiə nazirindən heyrətamiz açıqlama –Suriyada 162 yeni silah sistemi sınaqdan çıxarılıb!

heleb-tank

Rusiya əsgərləri Suriyanın Hələb şəhərində,2 fevral 2017

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvanın Suriyada apardığı hərbi kampaniyadan razılığını dilə gətirib. O, bu kampaniyanın yeni silah və özəl hərbi birləşmələrin sınaqdan çıxarılması üçün yaxşı test olduğunu bildirib.

“Təyyarəçilərin 90 faizi döyüş təcrübəsi qazanıb”

Fevralın 22-də Rusiya parlamentinin aşağı palatasında – Dumada çıxış edən müdafiə nazirinin sözlərinə görə, Suriyada 162 yeni silah sistemi sınaqdan çıxarılıb və bunun “yalnız 10-u”gözlənilən nəticəni verməyib.

Şoyqu Dövlət Dumasında deyib ki, 2015-ci ilin sentyabrından bəri Suriyada prezident Bəşər Əsəd hökumətinə dəstək üçün başladılan hava zərbələri kampaniysında 1760 hərbi uçuş gerçəkləşdirilib. Nazir Rusiya hərbi təyyarəçilərinin “təxminən 90 faizi”nin Suriyada döyüş təcribəsi qazandığını bildirib.

asad-soyqu

Suriya prezidenti Bəşər Əsəd (sağ) və Rusiyanın müdafiə naziri Sergey Şoyqu. Dəməşq, 18 iyun 2016

Qərb hökumətləri rusların hava hücumları kampaniyasını pisləmiş, bunun İŞİD döyüşçülərindən daha çox, müxalif qüvvələrə qarşı yönəldiyini vurğulamışdılar. Onlar bu hava zərbələrinin dinc əhali arasında önəmli dərəcədə itkilərə səbəb olduğunu da söyləmişdilər.

300 min adamın öldürüldüyü və bundan daha çox insanın ev-eşiyindən didərgin düşdüyü altıillik Suriya savaşı gedişində Rusiya Əsəd hökumətinə həlledici hərbi və diplomatik dəstək verib.

“Admiral Kuznetsov”dan qazanılan təcrübə gələcək “səhv”lərdən qoruyacaq?

Rusiyanın hava zərbələri kampaniyası münaqişənin gedişində Əsədin xeyrinə dönüş yaratmağa kömək edib. Bunadək onun qüvvələri güclü təzyiq altında idi və əllərində olan əraziləri itirməkdə davam edirdilər.

Sergey Şoyqu Aralıq dənizinin şərq hissəsində Rusiyanın “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisinin də üzərinə düşən missiyanı uğurla yerinə yetirdiyini deyib. Həmin dəniz reydində iki qırıcı təyyarə itirilsə də, nazir bu təcrübənin gələcəkdə “səhv”lərdən qaçmağa kömək edəcəyini vurğulayıb.

kuznetsov-4

Rusiyanın "Russian Pyotr Veliky" və "Admiral Kuznetsov" gəmiləri, 24 yanvar 2017

Onun sözlərinə görə, Rusiyanın xüsusi hərbi qüvvələri münaqişənin gedişində “terrorçoların məhv edilməsində, vacib düşmən obyektlətinin dağıdılmasında və hava zərbələrinin yönəldilməsində öz effektivliyini hamıya göstərib”.

Rusiyanın Suriyadakı hərbi qüvvələrinin dəqiq sayı açıqlanmasa da, ekspertlər bu rəqəmin 4 min civarında olduğunu güman edirlər.

İnformasiya əməliyyatları ordusu?

Suriya savaşı Sovet İttifaqıının 1979-88-ci illərdə Əfqanıstanda apardığı müharibədən sonra Moskvanın ən böyük xarici hərbi kampaniyası sayılır. Soyqu verilən itkilər barədə danışmayıb.

Parlament üzvlərinin “informasiya savaşı” və “əks-təbliğat” haqqında suallarına cavabında Şoyqu “informasiya əməliyyatları ordusunun yaradıldığını” bəyan edib. “Təbliğat ağıllı, savadlı və effektiv olmalıdır”, – nazir bu sözləri də Dumadakı çıxışında dilə gətirib.

2014-cü ildə Krımı zəbt etməsindən və Ukraynanın şərqində hökumət qüvvələri ilə döyüşən separatçılara dəstəyindən bəri Moskvanın Qərblə münasibətlərində gərginlik yaranıb. ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin İŞİD ekstremistlərinə hava zərbələri endirdiyi Suriyada Rusiyanın da əməliyyatlara başlaması bu gərginliyi daha da artırıb.

Qərb hökumətləri deyirlər ki, Rusiya xarici ölkələrdə siyasətə qarışmaq və təsirini artırmaq üçün təbliğatdan, kiberhücumlardan və digər üsullardan yararlanır.

Yanvarda ABŞ-ın xüsusi kəşfiyyat orqanları ötən ilin noyabrında bu ölkədə keçən prezident seçkilərində Rusiyanın haker hücumlarından, informasiya sızdırmalarından və digər üsullardan yararlandığını açıqlayıblar.

Yazını Interfax, TASS və AP məlumatları əsasında Azadlıq Radiosu hazırlayıb.