"Ölkədəki siyasi qruplar birlik içində olmalıdır. İnsanlara kin və nifrət duyğularını bəsləyən fikir və hərəkətlərdən hamı qaçmalıdır".
Strateq.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani ölkəsindəki daxili çəkişmələrə münasibətini açıqlayarkən deyib.
O, ölkədəki siyasi qütbləşməyə diqqəti çəkərək, bildirib ki, münasibətlər kin üzərindən deyil, normal səviyələrdə qurulmalıdır.
Əks halda ölkənin gələcəyi təhlükə altına düşər: "Təhlükəsizlik gücümüzü 10 dəfə, silahlarımızı 100 dəfə artırsaq belə, cəmiyyətdə etnik və dini ixtilaf çıxarsa, bunlar işə yaramayacaq, ölkədə təhlükəsizlik deyə, bir şey qalmayacaq".
İranın cənub qərbində ərəblərin daha çox yaşadığı Hüzistan əyalətindəki qum fırtınasının yaratdığı problemlərə də toxunan Ruhani deyib kİ, bölgədə təbii fəlakət üzündən yaşanan sıxıntıları qısa zamanda aradan qaldırmaq mümkün deyil: "Təbiətə edilən zülmlər, onun bizə küsməsinə səbəb oldu".
Qeyd edək ki, adıçəkilən əyalətə güclü qum fırtınası üzündən işıq və su vermək mümkünsüz hala gəlib. Buna görə də, insanlar hökuməti hərəkətsizlikdə ittiham edərək, etirazlara başlayıblar.
F.Əhməd