XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2017 - 23:46

Tacikistan prezidentindən İƏT ölkələrinə təklif:"Quru və dəniz yollarımızı birləşdirək"

Emomali-rahmon

Tacikistan Prezidenti Emoməli Rahmon İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələri quru və dəniz yollarını birləşdirməyə çağırıb.

Bunu o, İƏT-in Düşənbədə keçirilən 13-cü sammitində çıxışı zamanı bildirib.

E.Rahmon qeyd edib ki, bu il Mərkəzi Asiya, Azərbaycan və Əfqanıstanın təşkilata üzv olmasının 25 ili tamam olur. Prezident əlavə edib ki, bunun sayəsində qurumun coğrafiya və potensialı əhəmiyyətli dərəcədə genişlənib. O qeyd edib ki, bu dövr ərzində tərəflər arasında əməkdaşlıq üçün hüquqi əsas, qarşılıqlı ticarət, insanların və tranzit-nəqliyyat vasitələrinin sərbəst hərəkəti üçün əlverişli şərait yaranıb.

"Biz təşkilat çərçivəsində öz imkanlarımızdan istifadə edərək nəqliyyat dəhlizlərinin yaradılması vasitəsi ilə quru və dəniz yollarımızı birləşdirə bilərdik. Biz bununla iqtisadi artım və sosial problemlərin həlli prosesinin irəliləməsinə imkan yaratmış olardıq", — deyə o əlavə edib.

Qeyd edək ki, İƏT 1985-ci ildə təsis edilib. Onun üzvləri sırasına İran, Türkiyə, Pakistan, Qazaxıstan, Azərbaycan, Əfqanıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir.