XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Mart 2017 - 00:03

“Budəfəki döyüşlər işğalçı generalların oğurluğunu üzə çıxardı” –Politoloq

Elxan Şahinoğlu

"Dağlıq Qarabağdakı hərbi qarnizonlarda həbslər başlayıb. Bu barədə erməni saytları yazırlar".

Strateq.az xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O, həbs edilənlərdən ikisinin yüksək rütbəli zabit olduğuna da diqqəti çəkiib:

"Həmin zabitlər ordu hissələrində ərzaq və təhcizat məsələlərinə məsul olublar. Göründüyü kimi, Dağlıq Qarabağda hərbi rejimin varlığına rəğmən, yüksək rütbəli zabitlər əsgərlərin ərzağına göz dikiblər. Yəqin ağır sosial durum onları ərzağı kənara satmağa məcbur edir".

Politoloq bildirib ki, ötən ilin aprel döyüşləri Ermənistan ordusunun korrupsiya bataqlığında olduğunu üzə çıxarıb:

"Həmin vaxt işğalçı qoşunların sıravi hərbçiləri geyim və ərzaq sarıdan çətinlik çəkərkən, generalların İrəvan ətrafındakı villaları müzakirə predmeti oldu. Budəfəki döyüşlər isə Dağlıq Qarabağdakı işğalçı generalların oğurluğu ilə yadda qaldı. Bir az daha sıxsaq, işğalçı ordunun başqa problemləri də üzə çıxacaq”.

Strateq.az