Azərbaycan prezidenti İlham Əliyev "Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun imzalayıb.
Strateq.az xəbər verir ki, dəyişikliyə əsasən, Qanuna 25-2-ci maddə əlavə edilib:
"Maddə 25-2. Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına alınması üçün tutulan dövlət rüsumunun dərəcəsi
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
|
1 |
2 |
|
Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına alınması üçün |
10 manat |
Qanunun 26.4-cü maddəsində "təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata” sözləri "əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına” sözləri ilə əvəz edilib.