XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

03 Mart 2017 - 12:45

Ukraynada saxlanılan azərbaycanlı nazir –73 milyon dollar vəsaiti mənimsəməkdə şübhəli bilinir

roman-nesireov

Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitlərini mənimsəməkdə şübhəli bilinir.

Onun vəkili bildirib ki, hazırda R.Nəsirov xəstəxanaların birinin reanimasiya şöbəsindədir.

Həkimlər R.Nəsirovun infarkt keçirdiyini bildiriblər.

Qeyd edək ki, R.Nəsirov Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A.Onişşenko barəsində “Külli miqdarda dövlət əmlakının talanması” maddəsi üzrə cinayət işi başlanılıb. İstintaqın materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək “Ukrqazdobıça” şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə ölkə daxilində hasil olunan qazı aşağı qiymətlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Nəticədə dövlətə 120,5 mln. dollar ziyan dəyib.

Ali Rada A. Onişenkonun həbsinə razılıq versə də, qərar qəbul edilməzdən öncə deputat ölkədən qaçıb. A.Onişşenko həmçinin dövlətə xəyanətdə şübhəli bilinir. /APA