XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

07 Mart 2017 - 00:10

Rəsmi Berlindən Türkiyənı qəzəbləndirən daha bir skandal addım –Sabiq nazirin çıxışı da əngəlləndi

alman-turk

Almaniya rəsmi Ankaraya qarşı bu gün daha bir diplomatik qalmaqal yaradan addım atıb.

Məlumat üçün qeyd edək ki,  Almaniyanın Hamburq şəhərinin yerli icra orqanları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sabah sözügedən ölkədə yaşayan türklərlə görüşünü ləğv etmişdi.  

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, ədliyyə naziri Bəkir Bozdağla iqtisadiyyat naziri Nihat Zeybekçinin Almaniyada yaşayan türklərlə referendumla bağlı seçki görüşünü rəsmi qərarla əngəlləyən rəsmi Berlin bu gün təkcə Çavuşoğlunun görüşünü əngəlləməyib. Belə ki, Almaniya bu gün rəsmi Ankaranı məyus edəcək daha bir sensasiyalı addım atıb:

"Bu gün rəsmi Berlin sabiq enerji naziri Taner Yıldızın Almaniyada yaşayan türklərlə görüşüb, aprelin 16-da keçiriləcək referendumda "hə"nin nə qədər vacib olduğunu təbliğ edəcək görüşünü də ləğv edib.  Bununla da "Conference & Event Center"də bu gün Bakı vaxtı ilə saat 21.30-da keçirilməsi nəzərdə tutulan görüş baş tutmayıb".

Türkiyənin hakim partiyası – AKP-nin xarici ölkələr üzrə seçim mərkəzindən bildirilib ki, Taner Yıldızın türklərlə görüşü üçün alternativ konfrans zalının icarəyə götürülməsi istiqamətində iş aparılır. 

 

Taner YILDIZ

Maraqlıdır ki, nə Almaniya, nə də Türkiyə hələlik bu fakta rəsmi münasibət açıqlamayıblar. Ona görə də Taner Yıldızın görüşünün hansı səbəbdən ləğv edildiyi bilinmir.

Yada salaq ki,  ədliyyə naziri Bəkir Bozdağla iqtisadiyyat naziri Nihat Zeybekçinin görüşləri konfrans zalının yeraltı qarajı olmaması səbəbiylə ləğv edilmişdi. Çavuşoğlunun sabah çıxış edəcəyi zalda isə yanğınla bağlı təhlükəsizliyin yetərli səviyyədə olmadığı rəsmən bildirilərək, görüş ləğv olunub.

Xatırladaq ki, hələ ötən həftə iki nazirin görüşünün ləğvi rəsmi Ankaranın həddən ziyadə narazılığı ilə qarşılanmışdı. Ankara  bu qərarın siyasi olduğunu bəyan etməklə yanaşı, Almaniya hədələmişdir də. Hətta Ərdoğan çox sərt şəkildə "Sizin içinizi açıb-tökəcəyik" deyərək, Almaniyanı PKK terrorçularına dəstək verməkdə də ittiham etmişdi. Məhz bu və buna bənzər açıqlamalardan sonra iki ölkə arasındakı siyasi və diplomatik gərginlik daha üst səviyyəyə çıxdıb. 

Bugünkü qərarlar isə göstərir ki, qarşıda bu iki dövlətin arasında diplomatik savaş daha da şiddətlənəcək.