XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

07 Mart 2017 - 14:15

Rəsmi Berlin Çavuşoğluna daha bir “qırmızı işıq” yandırdı –Nazirin türklərlə görüşünə imkan verilmədi

Çavuşoğlu 352 !!

Almaniya rəsmi Ankaranı və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu məyus edəcək daha bir qərar verib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Çavuşoğlunun dünən Hambruqda türk seçiciləri ilə görüşünü ləğv edən rəsmi Berlin bu gün digər məkana təyin edilən görüşü də qadağan edib.

Bu barədə "Habertürk TV"yə danışan AKP liderinin müavini Mehdi Eker faktı təsdiq edib: "Bəli, Mövlüd Çavuşoğlunun Almaniyada başqa bir məkana təyin edilən görüşü də ləğv edildi".

Xatırladaq ki, bundan əvvəl Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ, iqtisadiyyat naziri Nihat Zeybəkçi, sabiq enerji və təbii qaynaqlar naziri Taner Yıldızın da Almaniyadakı toplantılarına qadağa tətbiq olunub.