XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

08 Mart 2017 - 21:26

AB komissarından Fransadakı seçki haqda şərh:"Fransızlar o dərəcədə ağılsız deyillər ki, Le Peni seçsin"

epa05247381 European Commissioner in Charge of Economic and Financial Affairs Pierre Moscovici gives a press conference on VAT Action Plan and the so-called Panama Papers leak in Brussels, Belgium, 07 April 2016. The Commission presented measures to liberalise VAT legislation and give back member states more autonomy over their VAT taxation legislation.  EPA/OLIVIER HOSLET

“Marine Le Pen növbəti Fransa prezidenti ola bilməz”.

Bunu Avropa Birliyinin iqtisadi və maliyyə məsələləri üzrə komissarı Per Moskovici CNBC-ə müsahibəsində deyib.

O, bildirib ki, Marine Le Penin qələbəsi Avropa Birliyinin sonu olar, amma fransızlar o dərəcədə ağılsız deyillər ki, buna imkan versinlər:

“Əminəm. Öz vətəndaşlarımız və soydaşlarımızı yaxşı tanıyıram və bilirəm ki, onlar Fransanın Avropa Birliyindən çıxmasını təklif edən namizədi seçməyə hazırlaşmırlar. Bu sonda Avropa layihəsinin sonu olardı.

Təsəvvür edə bilmərəm, fransalıların 50 faizi o dərəcədə ağılsızdır ki, ona səs versin. Tam əminəm ki, o qalib gələ bilməyəcək. O, hətta nə vaxtsa Fransada keçirilən regional seçkilərdə də qalib gələ bilməz”.

Moskovici həmçinin prezidentliyə digər müstəqil namizəd Emmanuel Macronla respublikaçı Francois Filleni seçicilərin etimadını doğrultmaq və Avropa Birliyində qalmaq üçün güclü əhval yaratmağa çağırıb: 

“Digər namizədlər güclü kampaniya apararaq göstərməlidirlər ki, fransalılar üçün yaxşı gələcək təklif etməyə qadirdilər”.

Moskovici hesab edir ki, Marine Le Penin nüfuzunun qalxması digər namizədlərin ümidsizliyindən irəli gəlib. O, namizədləri Fransa və Avropa, həmçinin Avropada Fransa üçün güclü təkliflə çıxış etməyə çağırıb.

Xatırladaq ki, aprelin 23-də Fransada prezident seçkisinin birinci, mayda isə ikinci mərhələsi keçiriləcək.

Azadliq.org