XƏBƏR LENTİ

16 Yanvar 2021

Digər Xəbərlər

09 Mart 2017 - 12:05

Daha bir erməni fəalı Ermənistan Azərbaycan Sülh Platformasına qoşuldu –Bəyanat

platforma

Hazırda İrəvanda yaşayan fəlsəfə elmləri doktoru, dilçi, bir neçə elmi məqalə müəllifi,  Narine Dermencyan Ermənistan Azərbaycan Sülh Platformasına qoşulub.

O, bu barədə xüsusi bəyanatla çıxış edib.

Sülh Platformasının mətbuat xidmətindən Strateq.az-a daxil olan həmin bəyanatı təqdim edirik:

“Mən Narine Dermencyan, Ermənistan vətəndaşı, bütün hərbi əməliyyatların dayandırılması və tərəfləri danışıq masası arxasında oturmağa və 25 ildən cox davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə son qoymağa cağırıram. Artıq sülhün vaxtı gəlib çatıb. Bu münaqişə hər iki ölkəyə ziyan vurdu. Ermənistan və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək ifadə edərək, beynəlxalq hüquq çərçivəsində münaqişənin həll olunmasının vacibliyini qeyd etmək istəyirəm. Münaqişənin sülh yolu ilə həllinə yönəlmiş BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri ATƏT-in Minsk qrupunun əhəmiyyətini qeyd etmək istəyirəm.

Mövcud münaqişədən əvvəl iki xalq əsrlər boyu inkişaf etmiş ümumi ənənələr əsasında harmoniyanın içində yaşayıb. Çox dərin təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, hər iki ölkədə həll olunmamış münaqişə nəticəsində iki xalq arasında düşmənçilik münasibətləri üstünlük təşkil edir. Ermənistan və Azərbaycan xalqları gələcək nəsillərin sülh və rifahı naminə, münaqişəni dayandırmalıdır. Mən 25 ildən çox davam edən münaqişənin tez bir zamanda sülh yolu ilə həlli ideyasını dəstəkləyirəm və sülhün bərqərar olunmasına ümid edirəm. Bu səbəbdən, məqsədi Cənubi Qafqazda sülh yaradıb və onu qorumaq olan Ermənistan Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Yuxarıda göstərilən səbəblərə görə , Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.