XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2017 - 12:35

Ombudsman Aparatından səlahiyyət müddəti bitən Elmira Süleymanova ilə bağlı –Açıqlama

ombudsman-yeni

"Elmira Süleymanovanın Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili kimi fəaliyyətini davam etdirməsi qanunvericiliyə uyğundur".

Bunu "Report"a açıqlamasında Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı deyib.

O qeyd edib ki, "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqında" qanununa əsasən, müvəkkilin səlahiyyət müddəti bitdiyi gün yeni müvəkkil seçilmədikdə, o, səlahiyyətlərinin icrasını davam etdirir: "Bu halda onun səlahiyyət müddəti yeni müvəkkilin seçildiyi gündən bitmiş hesab olunur".

Qeyd edək ki, Elmira Süleymanova 2010-cu il martın 5-də ikinci dəfə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) seçilib. Onun səlahiyyət müddəti bu ilin martın 5-də başa çatıb.

Qanunvericiliyə əsasən, Azərbaycan Prezidenti Milli Məclisə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edəcək. Parlament isə 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul etməlidir.