XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

09 Mart 2017 - 15:17

Mövlud Çavuşoğludan sərt xəbərdarlıq:"Əmin olun, əgər qarşımıza çıxarsa, vuracağıq"

Çavuşoğlu 352 !!

Rəsmi Ankara Menbiç şəhərinin PKK-ın Suriya qolu olan YPG/PYD-dən təmizləməkdə qərarlıdır.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlama verib.

O, Türkiyənin hədəfinin Əl-Babdan sonra Menbiç olduğunu bir daha təkrarlayıb: "Menbicə getdiyimiz zaman qarşımıza YPG çıxarsa, əmin olun, onları vuracağıq.  Bunu daha əvvəl də açıq və konkret şəkildə bəyan eləmişik".

Çavuşoğlu Raqqa əməliyyatında Türkiyənin iştirak edib-etməyəcəyinə isə belə cavab verib: "Bu əməliyyatla bağlı hələlik dəqiq qərarımız yoxdur".

Xatırladaq ki, YPG/PYD Menbicə bir müddət əvvəl yerləşib. Həmin vaxtdan Türkiyə ABŞ-ın dəstəyi ilə ora yerləşən YPG-yə və rəsmi Vaşinqtona israrla bunun yolverilməz olduğunu bildirsə də, xeyri olmayıb. Əksinə, şəhərdə YPG-yə bağlı olan qüvvələr hərbi texnika və postların üzərinə Amerika bayrağı asaraq, Türkiyənin tələbini qulaqardına vurublar.

Rəsmi Ankara isə hələ illər əvvəl Fərat çayının sağ sahilinin Türkiyə üçün "qırmızı xətt" olduğunu açıqlayıb və kürd qruplarının sahili keçməsi halında vurulacağını bəyan etmişdi. Lakin YPG Menbiçə daxil olaraq, oradan İŞİD-i qovaraq, şəhər üzərində hakimiyyətini qurub. Rəsmi Ankaranın atdığı son addımlardan isə görünür ki, Türkiyənin səbr kasası artıq daşmaq üzrədir…