XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Mart 2017 - 16:00

Birinci vitse-prezident icra başçılarını topladı, ilk müşavirəsini keçirdi –FOTOLAR

mehriban-eliyeva-iclas

Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə müşavirə keçirilib.

Müşavirə Bakının və Sumqayıtın yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunub.

Strateq.az AZƏRTAC-a istinadla xəbər verir ki, müşavirədə Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Prezident Administrasiyasının nümayəndələri, Sumqayıtın və Bakı rayonlarının icra hakimiyyəti başçıları iştirak ediblər.

Müşavirədə 2001-2016-cı illər ərzində qaçqın və məcburi köçkünlərin məskunlaşması istiqamətində görülən işlərdən danışılıb.

Xatırladaq ki, bu, Mehriban Əliyevanın birinci vitse-prezident təyin edildikdən sonra rəhbərlik etdiyi ilk müşavirədir.

Strateq.az müşavirədən çəkilən fotoları təqdim edir: