XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

09 Mart 2017 - 22:30

Azərbaycanın MSŞT-da üzvlüyü dayandırıldı? –Ziddiyyətli xəbər + Açıqlamalar

eiti-logo_1

Martın 9-da Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI – The Extractive Industries Transparency Initiative) Beynəlxalq İdarə Heyətinin Boqoto toplantısında Azərbaycanın bu qurumda fəaliyyəti dayandırılıb.

Azadlıq Radiosunun yaydığı məlumata görə, qurumun yaydığı bəyanatda bildirilir ki, (sənədin mətni ilə burada tanış olun) Azərbaycan qurumun Astana toplantısında qəbul etdiyi islahedici tədbirlər planını tam yerinə yetirməyib:

"Ona görə də ölkənin təşkilatda üzvlüyü dayandırılır. Amma Azərbaycanın irəli sürülən islahedici tədbirləri yerinə yetirib-yetirmədiyi qurumun bu il iyulun 26-da keçirilən toplantısında bir daha dəyərləndiriləcək".

Ermənistan isə EITI-yə üzv qəbul edilib. Qərar EITI-nin rəhbər komitəsinin bu gün, martın 9-da keçirilən toplantısında çıxarılıb.

Bu haqda komitənin üzvlərindən iqtisadçı Qubad İbadoğlu məlumat verib.

Onun sözlərinə görə, Azərbaycandan olan nümayəndələr müzakirələrdə yaxından iştirak ediblər:

qubad-3

“Ermənistanın təşkilata qəbulu ilə bağlı müzakirələr çox uzun çəkdi. Azərbaycan hökumətinin Boqotaya ezam olunan nümayəndəsi Şahmar Mövsümövla birlikdə beynəlxalq idarə heyətinin üzvləri arasında apardığımız işin nəticəsi olaraq demək olar ki, çıxış edənlərin hamısı Ermənistanın işğal etdiyi ərazilərdə hasilatla bağlı məlumatları onların açıqlayacağı MSŞT hesabatlarına daxil etməsinin əleyhinə oldular”.

Qubad İbadoğlunun bildirməsinə görə, müzakirələrin yekununda MSŞT-nin rəhbəri Fredrik Reinfeldt çıxış edərək qeyd edilənlər əsasında xüsusi olaraq ayrıca məktubla açıqlama verəcəyini bildirib.

Yekunda Ermənistan MSŞT-nin 52-ci üzv dövləti olub. Q.İbadoğlunun sözlərinə görə, bu qərar şərtlə verilib: “Ermənistan dərc edəcəkləri MSŞT hesabatlarına işğal altında olan Qarabağ ərazisindəki hasilat məlumatlarını daxil etməyəcəklər”.

Strateq.az xəbər verir ki, məsələyə Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev də reaksiya verib.

O, "Feysbuk"dakı səhifəsində belə yazıb:

elimemmed

"Hörmətli Dostlar! Boqotodan verilən son məlumata görə, Azərbaycanın MHŞT-də üzvlüyünün dayandırılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hal-hazırda qərar üzərində iş gedir".​

Xatırladaq ki, Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) martın 8-dən 9-na kimi Azərbaycanın öhdəliklərini müzakirə edib. Ötən il oktyabrın 26-da EITI üzrə beynəlxalq rəhbər komitə Azərbaycana vətəndaş cəmiyyətinin problemlərini həll etməyə 6 ay vaxt vermişdi. Ekspertlər hesab edirdi ki, əgər bu müddət ərzində vətəndaş cəmiyyətinin problemləri həllini tapmasa, Azərbaycanın təşəbbüsdəki statusu dayandırılacaq.

http://resourcegovernance.org/news/statement-eiti-project-level-reporting-requirement-and-azerbaijan-suspension