XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2017 - 11:05

Ukrayna azərbaycanlı qəhrəmanla vidalaşdı –Açıqlama + FOTOLAR

ukrayna-esger-olumu

Svatovda Ukrayna silahlı qüvvələrinin könüllü hərbi xidmətdə olan çavuşu Atakişiyev Sahib Məhərrəm oğlu ilə vida mərasimi keçirilib.

Sahib Atakişiyev martın 13-də Donetsk Vilayətində ATO hərbi tapşırığı yerinə yetirərkən həlak olub. Sahibi son mənzilə yola salmağa hakimiyyət nümayəndələri, yerli sakinlər, ATO iştirakçıları, məktəblilər gəlib.

Rayon şurasının sədri V.Slepets həlak olan qəhrəmanın yaxınlarına müraciət edərək göstərdiyi igidliyə görə minnətdarlığını bildirib:

“Bu gün biz ölkəmizin daha bir qəhrəmanı, müdafiəçisi ilə – Atakişiyev Sahib Məhərrəm oğlu ilə vidalaşırıq. Azərbaycan vətəndaşı olan bu igid Ukraynanı bütün qəlbiylə sevdi və onun uğrunda canını verdi. Biz səni həmişə yad edəcəyik”.