XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

17 Mart 2017 - 16:46

NATO-dan Rusiyanı qəzəbləndirəcək daha bir addım –Hərbi gəmilər Odessaya toplanır

la-fayetta-1

Fransanın “La Fayette” hərbi gəmisi Qara dənizin qərbinə doğru irəliləyir.

Bu barədə martın 17-də RİA Novosti məlumat yayıb.

Mənbənin hərbi-diplomatik çevrələrə istinadla verdiyi məlumata görə, Rusiya Qara Dəniz Donanmasının hərbi qüvvələri və aşkarlama vasitələri “La Fayette” gəmisinin hərəkətini müşahidə edirlər.

NATO-nun baş katibi Yens Stoltenberq bundan əvvəl bildirmişdi ki, alyans Qara dənizdə iştirakını genişləndirəcək, hərbi təlimləri intensivləşdirəcək.

Stoltenbergin sözlərinə görə, alyansın hərbi gəmiləri regionda keçirilən təlimlər zamanı mövcud vəziyyət barədə informasiya toplayacaq, həmçinin regiondakı müttəfiqlərin hərbi-dəniz qüvvələri ilə qarşılıqlı hərəkət vaxtı koordinasiyanı öz üzərinə götürəcək.

Hərbi-diplomatik mənbənin RİA Novosti-yə verdiyi məlumata görə, həmçinin Odessaya Türkiyə və Rumınyadan 2 gəmidən ibarət minatutan qrup, habelə Polşa, İspaniya, Almaniya və Yunanıstandan minatutan gəmilər gəlib.

Yaxın vaxtlarda gəmi komandirlərinin toplantısı gözlənilir. Toplantıda, minalardan müdafiə təlimində qarşıya qoyulacaq tapşırıq müəyyənləşdirilməlidir. /Azadliqradiosu.az