XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Mart 2017 - 20:36

İranın dəstəklədiyi husilər Ər-Riyadı vurdu:Krallıq İsraildən asılı vəziyyətə salınır

raket

 

İki il öncə Yəməndə hakimiyyəti ələ keçirən Husilər Səudiyyə Ərəbistanının paytaxtı Riyadda yerləşən Səlman hərbi hava limanını "Burkan-3" adlı ballistik raketlə vurub.

Strateq.az xəbər verir ki, bunu Husilərə aid SABA xəbər agentliyi yayıb.

Hərbi qaynaqlara istinad edən agentliyin məlumatına görə, raket tam hədəfə dəyib və hava limanına ziddi zərər vurub.

Səudiyyə Ərəbistanı liderliyindəki koalisiya gücləri isə iddialara hələlik cavab verilməyib.

Qeyd edək ki, Husilərin 2015-ci ilin ilk aylarında hakimiyyəti ələ keçirməsindən sonra Səudiyyə Ərəbistanı digər körfəz ölkələrini ətrafına toplayaraq, Yəmənə hərbi hava əməliyyatlarına başlamışdı. Bir çox şəhərləri bombardıman edən ərəb hərbi koalisiyasının hava qüvvələri Yəmənin iqtisadiyyatına, hərbi bazalarına və sosial həyatına ciddi zərbələr endirmişdi. Üzərindən 2 il keçməsinə baxmayaraq, Husilərin hələ də müqavimət göstərməsi, hətta artıq min kilometrlik məsafəni hədəf alan raketlərdən istifadə etməsi rəsmi Riyadın öz məqsədinə çatmadığından xəbər verir.

Dini əqidəcə şiələrə yaxın Zeydi məzhəbinə inanan Husilər İran tərəfindən dəstəklənir. Onların bütün maneələrə rəğmən, son iki il ərzində hərbi qüdrətlərini artırması da bununla izah olunur.

Əslində Husilərin güclənməsi və Səudiyyə Ərəbistanını təhdid etməsi rəsmi Riyada “Dəmir qübbə” havadan müdafiə sistemi satmaq istəyən İsrailin də marağına tam uyğundur. Dəfələrlə Təl-Əvivdən gələn bu təklifi “müsəlman dünyasına ayıb olar” düşüncəsiylə rədd edən rəsmi Riyad bu raket hücumundan sonra, yəqin ki, israrlı mövqeyi barədə bir daha düşünməli olacaq. Əks halda, Husilərin Riyada qədər çatan artilleriya gücü qarşısında Səudiyyə Ərəbistanının öz sərhədlərinə qədər uzanan “Şiə hilalı” təhlükəsini ortadan qaldırmaq şansı qalmayacaq.

Heydər Oğuz

Strateq.az