XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

20 Mart 2017 - 16:34

ABŞ diplomatının burnunu qırıb, gözünün altını “göyərtdilər” –Polis dava edən diplomatı ölkədən qovur

abs-sefirlik-zelendayiya

ABŞ-ın Yeni Zellandiyadakı səfirliyinin əməkdaşı ilə bağlı diplomatik qalmaqal yaşanır.

Strateq.az xarici mediaya istinadən bildirir ki, səfriliyin diplomatik toxunulmazlığa sahib olan texniki məsələlər üzrə əməkdaşı Yeni Zelandiyada hələlik təfərrüatı açıqlanmayan davada iştirak edib:

"Davada səfriliyin əməkdaşı, Amerika vətəndaşı Kolin Vaytın burnu qırılıb, gözlərinin altı zərbədən zədələnib".  

Hadisə ilə bağlı araşdırma aparan Yeni Zellandiya polisindən bildirilib ki, hadisə yerinə çatana qədər səfirlik əməkdaşı dava məkanından çıxarılıb. Ona görə, onu saxlamaq mümkün olmayıb:

"Biz ABŞ yetklilərindən həmin əməkdaşın diplomatik toxunulmazlığını qaldırmağı tələb etdik. Lakin bu tələb rədd edildiyi üçün Kolinin dərhal Yeni Zellandiyanı tərk etməsini istədik. Həmin diplomat Yeni Zellandiya qanunlarına görə, bir ildən çox cəzası olan ciddi bir cinayətə yol verib. O, ölkədən çıxarıldıqdan sonra da bu cinayət hadisəsinin istintaqı davam edəcək, gərəkli addımlar atılacaq".