XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

20 Mart 2017 - 21:49

Yerevanda aksiyalar davam edir –"Çörəkdaşıyan"ın ölümündə təqsirkarların cəzalandırılması tələb olunur

A protest sit-in in memory of Artur Sargsyan who supplied food to the members of 'Sasna Tsrer' group took place on in Yerevan

Yerevanın Azadlıq Meydanında müxalifət fəalı Artur Sarkisyanın ölümünə etiraz olaraq yenidən aksiya keçirilir.

Aksiyaçılar martın 20-də baş prokuror Artur Daftyan, Sarkisiyanın həbsinə vəkalət qaldırmış müstəntiq, onun həbsi barədə qərar verən hakim barədə cinayət işi qaldırılmasını və faktla bağlı ədalətli istintaq aparılmasını tələb ediblər.

News.am saytının məlumatına görə, bundan əvvəl ədliyyə naziri Arpine Hovannisyanın da istefası tələb olunurdu, amma aksiyaçılar indi bu tələbi geri götürüblər, müəyyən edilib ki, nazirliyin bu işə aidiyyatı olmayıb.

Martın 19-da keçirilən aksiya zamanı polislə etirazçılar arasında qarşıdurma yaranıb.

“Çörəkçatdıran” kimi tanınan 48 yaşlı Sarkisyan 2016-cı ilin avqustunda polis səddini yararaq Yerevanın mərkəzindəki polis idarəsini zəbt etmiş "Sasna Tsrer" qrupunun yaraqlılarına ərzaq çatdırmışdı.

Binanı zəbt edən etirazçılar həmin vaxt hökumətin istefasını tələb edirdilər.

Həmin vaxt həbs edilən Sarkisyan sonradan xəstəliyinə görə buraxılsa da, fevralın 9-da qeydiyyat barədə qaydanı pozduğundan təkrar həbs olunmuşdu.

Buna etiraz edən Sarkisyan həbsxanada 25 günlük aclıq aksiyası keçirmiş və səhəti pisləşdiyinə görə deputatların xahişi ilə azadlığa buraxılmışdı.

Martın 15-də isə səhətinin pisləşməsi səbəbindən təcili xəstəxanaya çatdırılsa da, əməliyyatdan az sonra keçinib. Bu insident ölkədə etirazlara səbəb olub.

Azadliqradiosu.az