XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

21 Mart 2017 - 16:23

Lukaşenkodan daha bir sensasion açıqlama:"Belarusda təxribata hazırlaşan onlarla silahlı saxlanılıb"

lukasenko

Belarus prezidenti Aleksandr Lukaşenko Belarusda silahlı təxribata hazırlaşan onlarla silahlı saxlanıldığını açıqlayıb.

A.Lukaşenko silahlıların düşərgələrdə təlim keçdiyini  və təxribat üçün əlverişli məqam gözlədiyini bildirib.

Belarus prezidenti silahlıların təlim keçdikləri düşərgələrdən birinin Bobruysk rayonunda olduğunu qeyd edib: “Digər düşərgələr Ukraynadadır”.

A.Lukaşenko Polşa və Litvada da silahlıların düşərgəsi olduğunu istisna etməyib: “Silahlılara pul Polşa və Litvadan gəlib”.

Belarus prezidenti Avropa İttifaqı ölkələrində yaşayan bir belarus qadının səfirliyə müraciət etdiyini və təxribat barədə xəbər verdiyini də nəzərə çatdırıb: “Həmin vətəndaşımızın məktubundan sonra biz araşdırmalara başladıq və maraqlı nəticələr əldə edildi. Bundan sonra detallı araşdırmaq lazımdır ki, silahlılara pul haradan və necə gəlib, onların hazırlığı ilə kim məşğul olub, bu cinayətkarlar hansı ölkələrdən gəliblər. Belarus həmişə istənilən qanunsuz hərəkətin qarşısını almağa hazırdır”. /APA