XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

23 Mart 2017 - 15:46

“Tutaq ki, prezident nəfsinə yenildi, yoldan çıxdı…” –Ərdoğandan CHP liderinə cavab

erdogan-9

Türkiyə prezidenti Ərdoğan CHP lideri Kamal Kılıçdarolunun 16 aprel referendumu ilə bağlı kampaniyalarda "İqtidarı bir adamın əlinə vermək olmaz. Əgər iqtidar bir kişinin əində olarsa, ən geci 24 saat ərzində Türkiyəni ələ keçirə bilərlər", – deyə, apardığı təbliğata cavab verib.

Strateq.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan CHP liderinin bu açıqlamasını rədd edib:

"Tutaq ki, prezident nəfsinə yenildi, yoldan çıxdı. Hər şeydən öncə onun yaxasından millət yapışar. Ortada suç varsa , iş uca divana gedər. Məclis növbədənkənar seçim tələb edər və bu kişiyə də "sandıq"da (seçki qurtusu) lazımı cavabı verər. Belə bir sistemdə kim tək adamlığa cürət edə bilər, axı?"