XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Aprel 2017 - 16:08

Ərdoğan Avropadakı türklərə səsləndi:"Faşizmi tətbiq edənlərin nəvələrinə gərəkən cavabı verin"

Bu gün Türkiyə prezidenti Ərdoğan Rizədə xalqın qarşında çıxış edib.

Strateq.az Türkiyə mediasına istinadən bildirir ki, Ərdoğan çıxışında Avropanın bəzi ölkələrinə, o cümlədən CHP lideri Kamal Kılıcdaroğluna sərt mesajlar verib.

O, bildirib ki, xalqın dəstəyi ilə xainlərin qurduğu "tələ"ləri başlarına keçirəcəklər: 

"Artıq bunu bütün dünya bilir. Bu millət sadəcə namazda əyilər, səcdədə diz çökər, başqa kimsənin önündə boyun əyməz. Üç-beş Avropalı faşistin, üç-beş kəndini bilməzin bu ölkənin qürururnu, şərəfini incitməsinə əsla imkan verilməyəcək. Bəzi Avropalı lider istisna olmaqla, qalanlarına sözüm var. Sizlər türk millətini həzm edə bilməyəcəksiniz. Avropadakı qardaşlarımız oradakı sandıqları partladacaq. Avropalı qardaşlarıma səslənirəm, çox yaxşı gedirsiz. Ötən seçkiyə görə, bu dəfə daha çox səs verildi. Faşizmi tətbiq edənlərin nəvələrinə gərəkən cavabı verin".

Ərdoğan daha sonra 15 iyul çevrilişə cəhd gecəsi CHP lideri Kamal Kılıcdaroğlunun qaçıb gizləndiyini deyib:

"Mən "Yeşilköy"də millətimlə bərabər oldum. Amma o, qaçıb Bakırköydə partiyasının şəhər şöbəsi başqanının evinə getdi…".