XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

04 Aprel 2017 - 22:58

Ombudsman Aparatının rəhbəri:"Uşaqlara verilən cəzalar yüngülləşdirilə bilər"

Azərbaycanda məhkəmələr tərəfindən törədilmiş ağır cinayətə görə yetkinlik yaşına çatmayan şəxslərə verilən sərt cəzaların yüngülləşdirilməsi təklif edilr.

UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvadin bir müddət əvvəl törədilmiş ağır cinayətə görə, Azərbaycanda uşaqlar üçün tətbiq edilən maksimal həbs müddətinin 10 ildən 8 ilə endirilməsini təklif edib.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, törətdikləri ictimаi təhlükəli əməllərə görə cinаyət məsuliyyətinə cəlb еdilən yеtkinlik yаşınа çаtmаyаn şəхslərə münаsibət, оnlаrın bаrəsində cinаyət təqibinin həyаtа kеçirilməsi, хüsusilə də bu şəхslər bаrəsində tətbiq еdilən cəzаlаrın, tərbiyəvi tədbirlərin növləri, cinаyət mühаkiməsinin аpаrılmаsı qаydаlаrı sоn illər dünyаdа оlduğu kimi Аzərbаycаndа dа оlduqcа аktuаllıq qаzаnıb. Yеtkinlik yаşınа çаtmаyаn şəхslərin cinаyət mühаkimə icrааtı digər yаşlı şəхslərin işlərindən dаhа çətin və məsuliyyətlidir.

Aparat rəhbərinin sözlərinə görə, Azərbaycanın cinayət qanunvericiyində cinayət törədən zaman yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə nəzərdə tutulan cəza növləri və müddəti “Yetkinlik yaşına çatmayanlar haqqında ədalət mühakiməsinin aparılması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Minimal Standart qaydalarına” (Pekin qaydalarına) və “Uşaq hüquqları haqqında Konvensiya”ya əsasən müəyyən olunub. Cinayət qanunvericiyinə əsasən, cinayət törətmiş yetkinlik yaşına çatmayanlara münasibətdə cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilə bilər. Qanunvericiliyə əsasən, cinayət törədərkən 18 yaşı tamam olmamış şəxslərə ömürlük azadlıqdan məhrum etmə cəza növü təyin edilmir. Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır:

“Azərbaycanının cinayət qanunvericiliyində cinayət törətmiş yetkinlik yaşına çatmayanlara münasibətdə humanist münasibət mövcuddur. Bununla yanaşı, qanunvericilikdə cinayət törətmiş yetkinlik yaşına çatmayanlara münasibətdə nəzərdə tutulan maksimal 10 il azadlıqdan məhrum etmə müddətinin azaldılması ilə bağlı təklifi müsbət qarşılayıram. Törədilmiş cinayətə görə tətbiq edilən cəzanın ağırlığı heç də hər zaman cəzanın effektivliyini təmin etmir, əksinə cinayətlərin residivini yaradır. Bu hal xüsusilə yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə xüsusi yanaşma tələb edir. Məlumdur ki, müddətindən, növündən, ağırlıq dərəcəsindən asılı olmayaraq cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədi ilə tətbiq edilir. Cəzanın effektivliyi, onun qarşısına qoyulmuş məqsədlərə nail olunması yalnız cəzanın təyini ilə məhdudlaşmır, cəzanın icrası prosesinin düzgün təşkili, onun xüsusi və ümumi xəbərdarlıq məqsədlərinin təsirlərinin təmini ilə ölçülür”.

A.Səfixanli hesab edir ki, məhz bu baxımdan yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilən cinayətlərə hüquqi qiymət verilməsi və həmin cinayətlərə görə məhkəmələr tərəfindən çıxarılan hökmlərlə təyin olunan cəzaların və həmin cəzaların çəkilməsi xüsusiyyətlərinin təhlili olduqca mühüm əhəmiyyət kəsb edir.

Aparat rəhbərinin fikrincə, cinаyət məsuliyyətinə cəlb еdilən yеtkinlik yаşınа çаtmаyаn şəхslərin tərbiyə оlunmаlаrı və cəmiyyətə geri qаzаndırılmаlаrı оlduqcа vаcib bir prоblеmdir.

Onun sözlərinə görə, təqsirin formasından asılı olmayaraq, ilk dəfə cinаyət törətmiş yеtkinlik yаşınа çаtmаmış şəхslərə аğır cəzаlаrın vеrilməsi cəzanın qarşısına qoyduğu məqsədlərə çatma baxımından effektiv sayıla bilməz.

Aparat rəhbəri əlavə edib ki, Azərbaycanın cinayət qanunvericiliyinə əsasən, yetkinlik yaşına çatmayan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət etdikdə, tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq etməklə onun islah olunması mümkün hesab edilərsə, həmin şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Bu zaman yetkinlik yaşına çatmayanlara münasibətdə xəbərdarlıq, valideynlərin və ya onları əvəz edən şəxslərin və yaxud müvafiq dövlət orqanının nəzarətinə vermək, vurulmuş ziyanın aradan qaldırılması vəzifəsini həvalə etmək, yetkinlik yaşına çatmayanın asudə vaxtını məhdudlaşdırmaq və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək kimi tərbiyəvi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər:

“Bu baxımdan ilk dəfə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş yetkinlik yaşına çatmayanlara münasibətdə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların verilməsini zəruri hesab edirəm. Azərbaycan Prezidenti İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzaladağı Sərəncamda da cinayət təqibi və cəza təyini prosesində şəxsin azadlıq hüququnun zərurət olmadan məhdudlaşdırılması hallarının aradan qaldırılması sahəsində kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib”.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycanda yaşı 14-18-dək olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə 467 cinayət törədilib. Ötən il cinayət törətmiş şəxslərin 477 nəfəri 14-18 yaşadək uşaqlar olub.

Həmin uşaqların 233-nün cinayəti oğurluqla bağlı olub ki, bu da ötən illərlə müqayisədə çoxdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ildə yetkinlik yaşına çatmayanlar tərəfindən 576 cinayət hadisəsi törədilib. Onlardan 80-i ağır və ya xüsusilə ağır, 405-i az ağır, 91-i böyük ictimai təhlükə törətməyən cinayət faktı olub.