"Breksit Britaniyanın suverenliyinin itirilməsinə səbəb ola bilər".
Bu sözlər Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Avropa Parlamentində edəcəyi çıxış mətnində yer alıb.
Ştaynmayer Berlinin xüsusi məsuliyyət daşıdığını bildirib:
“Əgər biz Avropanı dünyada əsas oyunçulardan biri edə bilməsək, hər birimiz ayrı-ayrılıqda başqa oyunçuların toplarına çevriləcəyik. Əsas yanlışlıq Avropa Birliyindən ayrıldıqdan sonra öz ölkənə tam nəzarətlə bağlıdır. Britaniya millətçiləri verdikləri bu sözü tuta bilməyəcəklər. Biz AB-nin qorunmasında maraqlıyıq. Berlin bu işdə xüsusi məsuliyyət daşıyır”.
Axar.az