XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

09 Aprel 2017 - 21:46

İranın ali dini rəhbəri:"ABŞ eyni səhvləri təkrarlayır"

Suriyaya raket zərbəsi ABŞ-ın növbəti strateji səhvi oldu.

Bunu İranın ali dini lideri Əli Xamenei ölkənin Silahlı Qüvvələri Komandanlığının nümayəndələri ilə görüşü zamanı deyib.

"Amerikalıların etdikləri onların növbəti strateji səhvidir. Onlar bu səhvləri təkrarlamaqda davam edirlər. ABŞ-ın əvvəlki rəhbərləri İŞİD-i yaratdılar, indiki Amerika rəsmiləri də bu və bu kimi qruplaşmaların güclənməsinə köməklik göstərirlər", – deyə o bildirib.

Ali dini liderin sözlərinə görə, yaxın gələcəkdə bu qruplaşmalar amerikalıların özlərinin yaxasından yapışacaqlar.

"Bu gün Avropa ekstremizmin güclənməsinə gətirib çıxaran səhvlərinin əvəzini verir. İnsanlar artıq nə evdə, nə də küçədə özlərini təhlükəsiz hiss etmirlər. ABŞ da eyni səhvləri təkrar edir", – deyə Xamenei bildirib. (Report)