XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

11 Aprel 2017 - 16:00

İranda seçki kampaniyası rəsmən başladı:100 namizədin arasında prezident Həsən Ruhani yoxdur

Əziz Rzazadə

Strateq.az

İranda prezident seçkiləri kampaniyasına rəsmən start verilib. Bu gündən Daxili İşlər Nazirliyində namizədlərin qeydiyyatı başlanıb.

5 gün davam edəcək qeydiyyatın ilk iki saatında 27 namizədin adı məlum olub.

Qanunun 35-ci maddəsinə əsasən, namizədlərə qarşı əsas tələblər budur:

1. siyasi və dini rical üzvü olma.

2. əslən iranlı olma.

3. İran İslam Respublikası vətəndaşı olma.

4. mütəxəssis olma.

5. yaxşı nüfuz, etibar və təqva sahibi olma.

6. mömin və İran İslam Respublikasının rəsmi məzhəbinə mənsub olma.

– Qeydiyyatdan keçən ilk namizəd Yəzd şəhərindəki kafel zavodunun fəhləsidir.

– Zəkəriyyə Lütfü adlı altıncı namizəd seçicilərə ilk vədini açıqlayıb: “Prezident seçilərəmsə, hər işsizə 15 milyon tümən müavinət verəcəyəm”.

– 27 yaşlı Həmid Pərəstiş prezidentliyə namizədlər arasında hələlik ən gənc şəxsdir: “Mən ilk növbədə gənclərin rəğbətini qazanmaq üçün gəlmişəm”.

– Prezident seçkilərinə qatılmaq istəyən ilk qadın İtaliya Universitetində siyasət üzrə doktorluq dərəcəsi almış Şölə Hacı Mirfəttah Təbrizidir.

– Məhəmməd Rəfi Borucerdi adlı namizəd hər bir iranlıya 300 min tümən müavinət verəcəyini və ölkənin siyasi paytaxtını Borucerd şəhərinə köçürəcəyini açıqlayıb.

– namizədlər arasında 30 yaşlı əkiz qardaşlar da var – Həsən və Hüseyn Seydxanilər iranşünaslıq üzrə magistr elmi dərəcəsinə sahibdir.

– Tanınmış siyasi simalardan biri olan Mustafa Mir Səlim namizədliyini qeydə aldıran kimi: “Mənim əsas rəqubim Ruhanidir”, – deyib.

Ən böyük tərəddüd ölkə prezidenti Həsən Ruhaninin təmsil etdiyu islahatçılar düşərgəsindədir. Onun seçkidə iştirakı belə sual altındadır.

Məsləhət Şurasının katibi Möhsün Rzai isə artıq "İslam İnqilabı Qüvvələri Xalq Cəbhəsi"nə məktub göndərərək namizədliyini irəli sürməyəcəyini bildirib.

Geniş dəstəklə qarşılanan İbrahim Rəisi isə, bütün proqnozlara əsasən, 12-ci prezident seçkilərinin favoritidir.

Daxili İşlər Nazirliyinin sözçüsü Seyyid Salman Samaninin verdiyi məlumata görə, bir gün ərzində 100 nəfər namizədliyini qeydiyyatdan keçirib.

DİN rəhbəri Rəhmani Fəzli seçkilərlə bağlı ilk rəyini açıqlayıb. Onu qənaətinə görə, səsvermədə seçicilərinin təxminən 70 faizi iştirak edəcək: "Sorğular seçkidə iştirakın 60 faizə çatacağını göstərsə də, fikrimcə, seçicilərin 70 faizi öz hüququndan faydalanacaq”.

"Prezident Ruhani nə zaman qeydiyyatdan keçəcək" sualına Rəhmani Fəzli bununla bağlı məlumatının olmadığını bildirib.