XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

11 Aprel 2017 - 22:45

Almaniyada şiddətli partlayış –"Borussiya"nın oyunçusu yaralandı, "Monako" ilə oyun təxirə salındı (FOTOLAR)

UEFA Çempionlar Liqasının bu gecə oyunu – "Borussiya Dortmund" – "Monako" qarşılaşması təxirə salınıb.

Strateq.az Türkiyə mediasına istinadən bildirir ki, buna səbəb oyuna saatlar qalmış stadionun girişində baş verən şiddətli partlayış olub.

"Hadisə "Borussiya"lı oyunçuların avtobusla meydançaya girişi ərəfəsində yaşanıb. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər yaralanıb. Həmin yaralanan isə "Borussiya"nın oyunçusu Mark Bartradır".

Partlayışdan sonra Bakı vaxtı ilə 22.45-də başlamalı olan oyunun təxirə salınması ilə bağlı operativ məsləhətləşmələr başlayıb:

"Məsləhətləşmələrdən sonra oyun sabaha, yəni aprelin 12-i, saat 22.45-ə təxirə salınıb".

Strateq.az