XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

11 Aprel 2017 - 23:09

Futbolçuları aparan avtobusun yanında 3 partlayış olub –Almaniya polisindən ilkin açıqlama

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasının bu gecə baş tutması planlanmış "Borussiya Dortmund" – "Monako" oyununa saatlar qalmış stadionın girişində şiddətli partlayış olub.

Strateq.az Türkiyə mediasına istinadən bildirir ki, hadisə "Borussiya"lı oyunçuların avtobusla meydançaya girişi ərəfəsində yaşanıb:  "Hadisə nəticəsində "Borussiya"nın oyunçusu Mark Bartradır. O, dərhal xəstəxanaya qaldırılıb".

Hadisə ilə bağlı Almaniya polisi açıqlama yayıb. 

Bildirilib ki, hadisə uzaqdan idarə olunan bombanın partladılması nəticəsində baş verib: 

""Borussiyalı" oyunçuları stadiona aparan avtobusun yanında ard-arda 3 partlayış olub. İlkin ehtimala görə, bu terror əraziyə əvvəlcədən yerləşdirilmiş bombanın uzaqdan partladılması ilə gerçəkləşdirilib".

Xatırladaq ki, partlayış səbəbindən "Borussiya Dortmund" – "Monako" oyunu təxirə salınıb. Oyun Bakı vaxtı ilə sabah 23.45-də oynanılacaq.