"Adolf Hitler kimi alçaq bir adam kimyəvi silah tətbiq etmədi. Ən əsası, Əsəd kimi öz xalqına qarşı kimyəvi silah işlətmədi. Halbuki, Hitlerin əsir düşərgələrində bunu yəhudilərə qarşı etmək imkanı da olub. Ancaq o, kimyəvi qaz silahını yəhudilərə qarşı da etməyib".
Strateq.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Şon Spayser "Rusiya niyə Suriyaya dəstək verir?" sualına cavabda bildirib.
Mətbuat katibi daha sonra suala sualla cavab verib: "Siz özünüzü Rusiyanın yerinə qoyun. Belə bir rejimlə müttəffiq olardınızmı?!".
Strateq.az