XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 April 2017 - 23:11

Çindən ABŞ və Yaponiya donanmasının Koreyaya göndərilməsinə reaksiya:"Müharibə və xaosa imkan verməyəcəyik"

"Çin Koreya yarımadasında müharibə və xaosa imkan verməyəcək".

Bunu jurnalistlərə açıqlamasında Çin Xarici İşlər naziri Van İ söyləyib.

O, Koreya yarımadasındakı bütün tərəfləri dialoqa səsləyib.

Nazir yarımadada vəziyyətin pisləşəcəyi halda, Çinin öz tarixi məsuliyyətini yerinə yetirəcəyini açıqlayıb(Axar.az).

Qeyd edək ki, ABŞ Cənubi Koreyaya “Karl Vinson” təyyarədaşıyan gəmisini göndərib və döyüş hazırlığı əmri verib. Yaponiya da ABŞ-a dəstək məqsədilə əraziyə hərbi donanma yollayıb, həmçinin, Şimali Koreyanın kimyəvi raketi sınaqdan keçirməyə hazırlaşdığını açıqlayıb.

Pxenyanın buna qarşılıq olaraq müharibə hazırlıq gördüyü iddia edilir.