XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

14 Aprel 2017 - 18:51

Ter-Petrosyan seçkinin nəticələrinin ləğvini tələb edir –Eks-prezident məhkəməyə üz tutdu

Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi "Ermənistan Milli Konqresi" müxalifət bloku parlament seçkilərinin nəticələrinin ləğv edilməsi barədə Konstitusiya Məhkəməsinə ərizə ilə müraciət edib.

Trend-in məlumtına görə, Ermənistanda parlament seçkiləri aprelin 2-də keçirilib.

Ərizə ilə məhkəməyə müraciət edilməsi barədə KİV-ə blok adından çıxış edən vəkil Tiqran Yeqoryan məlumat verib. O deyib ki, Alyans adından məhkəməyə müraciət edilib: "Biz hesab edirik ki, aprelin 2-də keçirlən seçkilərdə hökumət əsas prinsipləri – sərbəst iradə və gizli səsvermə prinsiplərini pozub. İnzibati resurslardan istifadə edilib".