XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

17 Aprel 2017 - 16:35

Dünya liderlərindən Türkiyədəki seçkiyə reaksiya –Putin susur, Olland "cəmiyyət bölünüb" deyir, ABŞ isə...

Türkiyədə keçirilən referandumun nəticələrinə dünyanın aparıcı ölkələrindən rəsmi münasibət bildirilib.

Strateq.az xəbər verir ki, Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov "Bu, Türkiyənin daxili məsələsidir" – deyə, bildirib.

Putin isə hələ də Ərdoğanı təbrik etməyib.

Fransa prezidenti Olland "Nəticələr göstərir ki, Türkiyə cəmiyyəti planlanan islahatlar qarşısında bölünüb", – deyə, bildirib.

Fransa prezidenti bütün siyasi tərəfləri problemləri dialoq yolu ilə həll etməyə dəvət edib.

Yunanıstan hökuməti isə yazılı açıqlama yayaraq, referendumda ortaya çıxan nəticəyə hörmətlə yanaşdıqlarını bəyan edib: "Biz, qonşu ölkədə sabitlik və demokratiyanı dəstəkləyirik. Qarşılıqlı dialoq və işbirliyinə üstünlük verəcək bir Türkiyə görmək istəyirik".

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti də Türkiyədə keçirilən referendumla bağlı bəyanat verib.

Dövlət Departamenti bildirib ki, ABŞ Türkiyədə konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumun nəticəsi haqda ATƏT-in bəyanatı olmadan hər hansı bir şərh verməyəcək:

"Türkiyədəki referendumun nəticələrini əlbəttə ki, izləyirik. Nəticələrin təsdiqlənmədən və ATƏT-in müvafiq hesabatları olmadan isə şərh verməyəcəyik".

Almaniya kansleri  Angela Merkel də referendumun nəticələri haqda danışıb.

O, Ərdoğana qarşılıqlı hörmət prinsipləri əsasında dialoq çağrışı edib: "Almaniya höküməti Türkiyə hökumətini gözləyir. Çətin bir seçim kampanyasından sonra indi bütün siyasi güc və qruplarla sayğılı bir dialoq yolunu axtarırıq".

Strateq.az