XƏBƏR LENTİ

12 Avqust 2020

Digər Xəbərlər

18 Aprel 2017 - 13:37

Qərbi Azərbaycanda dərslər dayandı –Sel fəlakəti (FOTOLAR)

Qərbi Azərbaycan vilayətinin Abadlaşdırma Qurumunun baş direktoru Qəhrəman Rəhmani vilayətdə daşqın ve sel zamanı xəsarət almış məktəblərin vəziyyəti ilə bağlı məlumat verib.

O, məktəblərdə yenidən yoxlama aparıldığını və məktəblərdə olan vəziyyətin nə dərəcədə təhlükəli olub-olmamasının araşdırıldığını bildirib:

“İndiyə qədər Məhəmmədyar və Nəqədeh (Sulduzda) məktəblərinin daha çox ziyan gördüyü aşkarlanıb. Həmin məktəblər təhlükəli durumda olduğuna görə hələlik tətil elan edilib”.

Onun sözlərinə görə, Urmiyada da bir çox məktəb sel və daşqın zamanı xəsarət alıb. Lakin dərslər digər məktəblərdə və ya məscidlərdə davam etdirilir.

Axar.az