XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2017 - 23:36

“Türkiyəyə qapı bağlamaq Avropanın öz qapısına qol vurması deməkdir” –Avropa Parlamentinin rəhbəri

"Türkiyənin üzünə qapıları bağlamaq Avropanın öz qapısına qol vurması deməkdir".

Bu sözləri Avropa Parlamentinin (AP) rəhbəri Antonio Tajani Türkiyədəki son siyasi durum haqqında danışarkən deyib.

Diplomat bildirib ki, Türkiyədə edam cəzası bərpa edilərsə, bu ölkə AB perspektivinin xaricində qalacaq:

“Biz Ərdoğan əleyhdarları ilə tərəfdarları arasında vasitəçi olmalıyıq. Türkiyə AB-nin həmfikri olaraq qalmalıdır”.

Qeyd edək ki, konstitusiya dəyişikliyi ilə bağlı keçirilən referendumdan sonra AP-nin Türkiyə üzrə nümayəndəsi bu ölkənin AB-yə qatılmayacağını bəyan etmişdi.

Axar.az