XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

18 April 2017 - 23:51

Ərdoğandan yeni mesaj:"Hesab önəmli deyil, əsas olan matçı udmaqdır"

"1-0, yaxud 5-0 hesabla qələbə çalmağın önəmli deyil. Əsas olan matçı udmaqdır".

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan referendum nəticələri haqqında CNN-ə açıqlama verərkən deyib.

"14-15 ildir ki, diktator deyirlər. Diktatorluqda prezidentlik sistemi deyə bir şey yoxdur. Burada seçki qutusu var. Demokratiya gücünü xalqdan alır. Bu da milli iradədir. Yeni sistem Türkiyənin demokratiya tarixində dönüş nöqtəsini bildirir”, – Ərdoğan bildirib.

ABŞ lideri Donald Trampın onu təbrik etdiyini bildirən Ərdoğan baş tutan telefon danışığından müsbət siqnallar aldığını deyib:

"ABŞ və Türkiyə müttəfiq olaraq bir çox problemi həll edəcək. Fətullah Gülənin ekstradisiyası məsələsində də ümidim var və bu ümidi qorumaq istəyirəm”.

Axar.az