XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 November 2015 - 06:55

Prezident İlham Əliyev ailəsi ilə birgə səs verdi – FOTO

Prezident İlham Əliyev və ailə üzvləri Bakı şəhərinin 29 saylı Səbail seçki dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsində səs verib.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev noyabrın 1-də səhər saat 10-da xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə birlikdə seçki məntəqəsinə gəlib.
Daha sonra ölkənin birinci xanımı Mehriban Əliyeva və ailə üzvləri də səs veriblər.

Qeyd edək ki, bu seçki məntəqəsində 696 seçici qeydiyyata alınıb. Məntəqədə səsvermənin gedişini xarici müşahidəçilər, habelə qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və namizədlərin nümayəndələri izləyirdilər.