XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 08:13

Fransa prezidentliyi uğrunda yarışın ilk turunun qalibi bilindi –İkinci tur 7 mayda olacaq

Fransada birinci tur prezident seçkilərinin qalibi müəyyənləşib.

APA-nın "Reuters" agentliyinə istinadən verdiyi xəbərə görə, artıq bülletenlərin 100 faizi hesablanıb.

Sabiq iqtisadiyyat naziri,  “En Marche” Hərakatının lideri Emmanuel Makron 23,75%,  “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen isə 21, 53 % səs toplayıb. Sabiq baş nazir, respublikaçıların namizədi Fransua Fiyon 19,91 faiz səslə üçüncü, solçu namizəd Jan-Lyuk Melanşon isə 19,64 faiz səslə dördüncü yerdə qərarlaşıb.

Beləliklə, Fransada prezident seçkilərinin ikinci turuna Le Pen və Makron adlayıb. Seçkilərin ikinci turu mayın 7-də keçiriləcək.