XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

24 Aprel 2017 - 23:17

ABŞ-Şimali Koreya gərginliyi pik həddə çatdı:"Güclü və önləyici hücumla düşmənlərimizi yer üzündən siləcəyik"

ABŞ və Şimali Koreya arasında gərginlik hər keçən saat şiddətlənir.

Strateq.az Türkiyə mediasına istinadən bildirir ki, hər iki ölkə bir-birini sərt hərbi müdaxilə ilə hədələyib.

Belə ki, Şimali Koreyanın müdafiə naziri Pak Yong-Sik bu gün keçirdiyi toplantıda ABŞ-dan və mütəffiqlərindən gələn hər hansı hücuma həddən artıq sərt cavab veriləcəyini bəyan edib:

"Biz Şimali Koreya olaraq, hər hansı bir hücuma daha təsirli və sərt cavab verəcək gücə sahibik. ABŞ-ın hazırda həm Asiyadakı hərbi bazalarını, həm də ölkəsini birbaşa vura biləcək nüvə silahlarımız platformalarda havalanmaya hazır vəziyyətdə gözləyir. Əgər ölkəmizə hər hansı bir hərbi müdaxilə ortaya çıxarsa, o zaman güclü və önləyci hücumla düşmənlərimizi yer üzündən siləcəyik".

Şimali Koreyanın bu sərt təhdidinə ABŞ-dan cavab da özünü çox gözlətməyib. 

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib ki, Şimali Koreya  Amerikanın Asiyadakı hərbi bazasına hücum edərsə və ya qitələrarası hər hansı raket sınaqlarına girişərsə, o zaman hərbi müdaxilə qaçılmaz olacaq: "ABŞ müharibə axtarışında deyil. Ancaq Şimali Koreya qeyd edilən hərəkətlərə yol verərsə, o zaman nə lazımdırsa, ediləcək".

Bu arada ABŞ ordusunun generalları ilə ştat senatorları bu həftənin çərşənbə axşamı birgə qapalı toplantı keçirəcəklər.

Ağ Evdən verilən məlumata görə, həmin toplantıda Şimali Koreyanın yaratdığı təhülkə və strateji planlar müzakirəyə çıxarılacaq:

"Generallar senatorlara müvafiq bilgiləri verərək, gərginliyin mahiyyətini və səbəblərini izah edəcəklər".

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Çinə müraciət edərək, Şimalı Koreyanı durdurmağa çağırıb: "Çin öz qərarını verməlidir. Əgər Pekin bizimlədirsə, fikirini açıq deməlidir. Yox, əgər Şimali Koreya ilə hazırkı münasibətlərini (Şimali Koreyanın ticarət dövriyyəsinin 70 faizindən çoxu Çinlədir – red.) saxlamaq niyyətindədirlərsə, o zaman ABŞ təkbaşına Şimali Koreya problemini həll edəcək".

ABŞ prezidenti bu açıqlamasının ardınca ordunun nüvə silahı ilə təhciz olunmuş və yüzlərlə bombardmançı təyyarə daşıyan savaş gəmisini Koreya yarımadasına göndərib. Həmin savaş gəmisinin bu həftənin sonu yarımadaya çatacağı bildirilir. 

Strateq.az