XƏBƏR LENTİ

31 May 2020
30 May 2020

Digər Xəbərlər

25 Aprel 2017 - 14:16

“Əslində, xalqı fırladırlar, imkan verin, azadlığa çıxaq” –Deputat məmurları yenə "top"a tutdu

Milli Məclisin bu gün keçirilən iclasında "Valyuta tənzimi haqqında” qanunun müzakirəsi zamanı çıxış edən Yevda Abramov icra orqanlarına irad bildirib.

Deputat bildirib ki, qanuna təklif edilən dəyişiklikdə girov məsələsini iki icra orqanı aralarında müəyyənləşdirə bilmir. Deputatın fikrincə, valyuta dəyişmə məntəqələrini ləğv etmək yox, sayını azaltmaq lazım idi.

"Ləğv etdilər ki, qaş düzəltsinlər, vurub gözü də çıxartdılar. 6000 insan burdan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdilər. Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir versinlər.

Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram. Novxanı, Bilgəh və Sahil qəsəbəsində villalarda yaşayan şəxslər qəza xidməti maşınlarında çantalarla valyuta dəyişiblər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edəydi və xeyri büdcəyə qalaydı. Babalarımızın, nənələrimizin "sandıq pulu” var.

Xalq çaşıb qalıb. Bilmir ki, pulunu hansı valyutada saxlasın. Əslində bizi fırladırlar, xalqı fırladırlar. İmkan verin, bir düzəngaha, azadlığa çıxaq. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur” – deyə, deputat bildirib.

APA