XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

26 Aprel 2017 - 22:49

Rəsmi Moskvadan Türkiyəyə sərt etiraz:"Bu hücum qəbuledilməzdir"

Ötən gün Türkiyənin İraqın Sincar, Suriyanın isə Karaçok şəhərindəki PKK/YPG qüvvələrini bombalamasına rəsmi Moskva da etiraz edib.

Strateq.az "Habertürk TV"yə istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin bu hücumunun qəbuledilməz olduğunu bəyan edib:

"Sincar və Karaçok əməliyyatı qəbuledilməzdir. Türkiyənin bu addımlarından narahatıq. Belə əməliyyatlar bölgədə gərginliyi daha da şiddətləndirir. Bu addımlar terrorla ortaq mübarizəyə xidmət etmir".

Qeyd edək ki, Türkiyə Silahlı Quvvətləri həmin hava əməliyyatı zamanı Sincarda 40, Suriyanin şimal-şərqində yerləşən Karaçokda 30 civarında terroristin məhv edildiyiini açıqlamışdı.

Dünən bu əməliyyatın ardınca ABŞ da rəsmi şəkildə etiraz edərək, Türkiyənin bu əməliyyat haqda onları məlumatlandırmadığını, üstəlik, bu əməliyyatın İŞİD-lə mübarizəyə mənfi təsir etdiyini bəyan edib.

Onu da qeyd edək ki, ABŞ-ın dünənki etirazına Prezident Ərdoğan və digər rəsmilər sərt cavab verib. Bildiriblər ki, Türkiyəyə təhdid olan terroristlər tam yox edilənə qədər sərhəddən kənarda da əməliyyatlar davam edəcək.

Strateq.az