XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

02 Noyabr 2015 - 21:55

Avropa İttifaqı gözləntilərə son qoydu: “…Əməkdaşlıq davam etdiriləcək”

avropa-111.jpg

Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin (European Union External Action Service) sözçüsü Maja Kocijancic Azərbaycanda keçirilmiş parlament seçkisi barədə ilkin bəyanat yayıb.

maja-1.jpg

Bəyanatda deyilir ki, 2015-ci il noyabrın 1-də Azərbaycanda keçirilmiş parlament seçkisində seçki müşahidəçilərinin sayı barədə Azərbaycan hakimiyyət orqanları ilə ATƏT/DTİHİ (Demokratik Təsisatlar və İnsan Haqları İdarəsi) arasında razılıq əldə olunmadığndan təşkilat seçkiyə öz müşahidə missiyasını göndərməməyə məcbur olub, lakin seçkilərə Avropa Şurası Parlament Assambleyasının Seçki Müşahidəsi Missiyası göndərilib.

Bununla belə, Avropa İttifaqı Azərbaycanı ATƏT/DTİHİ-nin bundan əvvəlki tövsiyələrini icra etməyə çağırıb.

“Avropa İttifaqı beynəlxalq standartlara uyğun, şəffaf və bütün tərəflərin iştirakını təmin edən seçkiləri dəstəkləyir. Dünənki seçkidə bir əsas müxalifət partiyası iştirak etməyib, çünki belə qərara gəlib ki, bütün namizədlər üçün eyni səviyyədə rəqabət meydanı təmin edilməyib” – deyilir bəyanatda.

Avropa İttifaqının bəyanatında bildirilir ki, təşkilat bütün vətəndaşların xeyri naminə, yeni seçilmiş parlament də daxil olmaqla Azərbaycanın təsisatları ilə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Avropa İttifaqı Xarici Fəaliyyət Xidməti Avropa İttifaqının xarici işlər nazirliyinə bərabər departamentidir.